Reklam resmi
Reklam resmi

Berdiməhəmmədov Mikayıl Cabbarovu qəbul etdi

Berdiməhəmmədov Mikayıl Cabbarovu qəbul etdi
Siyasət

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ajans.az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.

    “Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq.

    Dövlət başçılarımızın dostluq və qardaşlıq münasibətlərinin, cənab Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirdiyini vurğuladıq.

    Biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi və regional iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük”,- nazir əlavə edib.

    Mövzular:
    Mikayıl Cabbarov Berdiməhəmmədov qəbul

    Digər Xəbərlər