Azərbaycan energetika sahəsindəki təcrübəsini Zimbabve ilə bölüşəcək
Azərbaycan Zimbabve ilə energetika sahəsindəki təcrübəsini bölüşəcək.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov öz rəsmi "X" səhifəsində yazıb.
"Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda ilə görüşdə enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdik. Azərbaycanın neft-qaz və bərpaolunan enerji sahələrində, xüsusilə enerji qanunvericiliyi istiqamətində təcrübəsinin paylaşılması üzrə əməkdaşlıq barədə razılığa gəldik."
Mövzular: