Reklam resmi
Reklam resmi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə TƏHVİL VERDİ

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə TƏHVİL VERDİ
Kriminal

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib.

Ajans.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Özbəkistan Respublikasının vətəndaşları - 1981-ci il təvəllüdlü Raxmatullo Mirzaalimov və 1976-cı il təvəllüdlü Azamatcon Toxtasinovun cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaları barədə Özbəkistan Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qeyd edək ki, sözügedən şəxslər Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmə, habelə ağır nəticələrə səbəb olan saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmişdilər. R.Mirzaalimov və A.Toxtasinov 2026-cı ilin aprel ayında Azərbaycanda saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdi.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib. Onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil veriliblər.

Mövzular:
Baş Prokurorluq Özbəkistan Azərbaycan mənimsəmə

Digər Xəbərlər