Afət Seyidzadəyə VƏZİFƏ VERİLDİ
Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinə yeni rəhbər təyin olunub.
Ajans.az xəbər verir ki, bununla bağlı ali məktəbin rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Afət Seyidzadə Heydər Əliyev Muzeyinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Seyidzadə daha əvvəl həmin muzeydə mütəxəssis vəzifəsində çalışıb.
Xatırladaq ki, BDU-nun Heydər Əliyev Muzeyinin əvvəlki müdiri, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova bu ilin fevral ayında vəfat edib.
Universitetin Heydər Əliyev Muzeyi 1997-ci ildə ulu öndər Heydər Əliyevin şəxsi razılığı ilə fəaliyyətə başlayıb. (Ölkə.az)
Mövzular: