Qalmaqallı Any Unboxing piramidasının REKLAMLARI: Bakı Metropoliteni səbəbi AÇIQLADI
Xəbər verdiyimiz kimi son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub. Xəbər verdiyimiz kimi son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub.
Ajans.az xəbər verir ki, Piramidanı təşkil və idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb ediblər. Təxminən 300 nəfərdən artıq vətəndaş “Any Unboxing” onlayn dələduzluq piramidasına cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları 38 yaşlı Lee Kai Fatt, 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil edilib. Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirakçıların piramidaya cəlb olunması 34 yaşlı Arzu Musayeva, həmçinin 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib. Əməliyyatın davamı olaraq R.Sivadass, A.Musayeva və S.Məmmədov saxlanılıb. Adı çəkilən digər şəxsin saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib.
"Any Unboxing" şirkətinin bir sıra məkanlarda reklamları yerləşdirilib. Bu yerlərdən biri də Bakı Metropoliteninin stansiyaları olub. Mövzu ilə bağlı Ajans.az olaraq Bakı Metropoliteninə müraciət etdik.
Məsələ ilə bağlı qurumdan bildirilir ki, Bakı metropolitenində qanunvericiliyin tələbinə əsasən, bağlanmış müqavilə əsasında reklam fəaliyyətini təşkil edən tərəfdaşdan müvafiq materialların yerləşdirilməsi barədə daxil olmuş sifariş həmin müqavilənin şərtlərinə uyğun olaraq təmin edilib. Reklam kampaniyası 24–30 aprel 2026-cı il tarixləri arasında 6 gün ərzində aktiv olub. Tərəfdaşdan daxil olmuş müraciətə əsasən, reklam materiallarının demontaj prosesi 30 aprel 2026-cı il tarixində həyata keçirilib və qeyd etdiyiniz reklamın yayımlanması dayandırılıb.