Reklam resmi
Reklam resmi

Ukrayna Trampın 28 bəndlik sülh planını qəbul etməyib

Ukrayna Trampın 28 bəndlik sülh planını qəbul etməyib
Dünya

Ukrayna ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 28 bəndlik sülh planını qəbul etməyib və daha əlverişli şərtlər irəli sürüb.

Ajans.az xəbər verir ki, bu barədə New York Post qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Kiyev NATO sammiti ərəfəsində Vaşinqtonun təklifini rədd edərək danışıqlarda daha sərfəli şərtlərin təmin olunmasını istəyib.

Nəşr yazır ki, Ukrayna tərəfi Rusiya ilə müharibənin başa çatdırılması üçün təqdim olunan 28 bəndlik planı qəbul etməyib və öz mövqeyində israrlıdır.

Məqalədə həmçinin iddia olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyət nəzərə alınmaqla daha əlverişli razılaşmaya nail olmağa çalışır və hazırkı mərhələdə Rusiya ilə birbaşa danışıqlara başlamağı planlaşdırmır.

Qeyd edək ki, bu məlumat New York Post nəşrinin Ukrayna rəsmilərinə istinadən yaydığı iddialara əsaslanır və rəsmi Kiyev tərəfindən təsdiqlənməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna ABŞ Rusiya

Digər Xəbərlər