Azərbaycanın Belarus ilə ticarəti 15% artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanın Belarus ilə ticarət dövriyyəsi 201,9 milyon dollar təşkil edib.
Ajans.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% çoxdur.
Hesabat dövründə ölkədən Belarusa ixrac 32,2 milyon dollar təşkil edib. Azərbaycanın Belarusdan idxalının dəyəri isə 169,7 milyon dollar olub.
Mövzular: