Ermənistanda bu şəxslərin seçkilərdə iştirakı qadağan edilib
Ermənistanda ölkədən kənarda daimi yaşayan vətəndaşların seçkilərdə səs verməsi qadağan edilib.
Ajans.az xəbər verir ki, müvafiq dəyişikliklər parlament tərəfindən Seçki Məcəlləsinə ikinci və yekun oxunuşda qəbul edilib.
Beləliklə, parlament seçkilərində və referendumlarda yalnız son 730 günün ən azı 366 gününü daimi olaraq Ermənistanda yaşamış Ermənistan vətəndaşları iştirak edə biləcəklər. Bu tələb növbəti seçkilərdən 48 gün əvvəl, növbədənkənar seçkilərdən isə 28 gün əvvəlki tarixə olan vəziyyət üzrə yerinə yetirilməlidir.
Mövzular: