Reklam resmi
Reklam resmi

Dəmiryolu ətrafında yeni QADAĞA-CƏRİMƏLƏNƏCƏKSİZ

Dəmiryolu ətrafında yeni QADAĞA-CƏRİMƏLƏNƏCƏKSİZ
Cəmiyyət

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəmir yolu nəqliyyatında təhlükəsizliyin təmin edilməsi və infrastrukturun qorunması məqsədilə bir sıra qayda pozuntularına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Ajans.az xəbər verir ki, dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə 400 manat məbləğində cərimə tətbiq edilir.

Həmçinin qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı və ya digər predmetlərin atılmasına görə 500 manat məbləğində cərimə nəzərdə tutulub.

Qanunvericiliyə görə, dəmir yolu nəqliyyatında təhlükəli maddələrin və predmetlərin aparılması qaydalarının pozulmasına görə xəbərdarlıq edilir və ya 20 manatdan 30 manatadək cərimə tətbiq olunur.

Bundan başqa, yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ya ondan düşməyə, vaqonların pillələrində və damlarında hərəkət etməyə, həmçinin zərurət olmadan qatarı özbaşına dayandırmağa görə 100 manat məbləğində cərimə müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinə əsasən, dəmir yolu nəqliyyatı vasitələrinin və onların daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq edilir.

Eyni zamanda, dəmir yolunun, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının, eləcə də avadanlığın zədələnməsinə görə də vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə nəzərdə tutulur.

Qanunvericiliyə görə, yük vurulması və boşaldılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə fiziki şəxslər 60 manat, vəzifəli şəxslər isə 200 manat məbləğində cərimə edilir.

Bundan əlavə, yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin və ya daşıma mexanizmlərinin zədələnməsinə görə vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq olunur.

Məcəllədə həmçinin yük vaqonlarının, konteynerlərin, onların plomblarının və kilidlərinin zədələnməsinə, plombların qırılmasına, ayrı-ayrı yüklərin, onların qutularının və paketlərinin, eləcə də dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yükdaşıma ilə bağlı istifadə olunan anbarların hasarlarının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq edilməsi nəzərdə tutulur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dəmiryolu Azərbaycan Azərbaycanın İnzibati Xətalar Məcəlləsi

Digər Xəbərlər