Bu ölkədə meşə YANIR
Fransanın cənubunda genişmiqyaslı meşə yanğını baş verib. Alov qısa müddətdə təxminən 1000 hektar ərazini əhatə edib.
Ajans.az xəbər verir ki, bu barədə Od departamentinin prefekturası məlumat yayıb.
Məlumata görə, yanğının söndürülməsi üçün 500 yanğınsöndürən, həmçinin 13 xüsusi texnika və əməliyyat qrupu cəlb olunub. Hazırda vəziyyət nəzarət altındadır və alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində həlak olan və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, Fransada davam edən anomal isti hava şəraiti ilə əlaqədar 96 departamentdən 72-də ən yüksək – qırmızı səviyyəli hava xəbərdarlığı elan olunub.
Meteoroloqların proqnozuna əsasən, ölkənin qərb, cənub-qərb və mərkəzi bölgələrinin bir hissəsində havanın temperaturu 40 dərəcəyə qədər yüksələcək.
Mövcud vəziyyətlə əlaqədar Fransa hökuməti böhran rejiminə keçib. Baş nazir Sebastyan Lekornu idarələrarası böhran mərkəzinin yaradılması barədə qərar qəbul edib.