Alen Simonyan parlamentlə VİDALAŞDI-Məni bağışlayın!
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan iyulun 3-də parlamentin iclasında yekun nitqlə çıxış edərək deputatlara və parlament aparatının əməkdaşlarına birgə fəaliyyətə görə təşəkkür edib.
Ajans.az xəbər verir ki, parlamentdə birlikdə keçirdikləri illər həm tarixi hadisələr, həm də ciddi sınaqlarla yadda qalıb. Onun sözlərinə görə, bu müddət ərzində həmkarlarına heç vaxt şübhə etməyib.
"Biz birlikdə tarix yaratdıq və bununla həqiqətən fəxr edirəm. Birlikdə işlədiyimiz, bu çətinliklərin öhdəsindən birlikdə gəldiyimiz üçün fəxr edirəm", – deyə o, emosiyalarını çətinliklə cilovlayaraq bildirib.
Alen Simonyan parlament üzvlərinə və Milli Məclisin bütün əməkdaşlarına təşəkkür edərək, parlament sədrliyinə namizəd Ruben Rubinyana uğurlar arzulayıb.
"Dostum Ruben Rubinyana uğurlar arzulayıram. Ümid edirəm ki, o, sabit beşillik müddət ərzində Milli Məclisə uğurla rəhbərlik edəcək", – deyə Simonyan bildirib.
O, çıxışının sonunda həmkarlarından üzr də istəyib.
"Əgər vəzifədə olduğum müddətdə kiməsə qarşı haqsızlıq etmişəmsə, məni bağışlasın. Hamınızı sevirəm və hər biriniz mənim üçün dəyərlisiniz." – deyə Simonyan bildirib və sonda deputatlara birlikdə xatirə şəkli çəkdirməyi təklif edib.