Putinin reytinqi kəskin şəkildə AŞAĞI DÜŞÜB
Rusiyada yanacaq çatışmazlığı fonunda Prezident Vladimir Putinin ictimai dəstək reytinqi son səkkiz ilin ən kəskin həftəlik enişini nümayiş etdirib.
Ajans.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTsIOM) məlumatında bildirilir.
Məlumata görə, iyunun 22–28-i tarixləri arasında Putinin fəaliyyətini dəstəkləyənlərin payı 3,5 faiz bəndi azalaraq 66,9 faizə düşüb.
Analitiklərin qeyd etdiyi kimi, Putinin reytinqində bundan daha böyük həftəlik azalma sonuncu dəfə 2018-ci ildə pensiya islahatının elanından sonra qeydə alınmışdı.
Eyni zamanda, Rusiya hökumətinin fəaliyyətinə dəstək səviyyəsi demək olar ki, dəyişməz qalıb.
Müşahidəçilərin fikrincə, bu göstəricilər ölkədə yaranmış vəziyyətə görə məsuliyyətin getdikcə daha çox şəxsən Prezident Vladimir Putinin üzərinə qoyulduğunu göstərə bilər.
Mövzular: