Reklam resmi
Reklam resmi

Bakıda 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Bakıda 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
Kriminal

Bakının Nəsimi rayonunda 10 min manatlıq elektrik naqili oğurlayan şəxs saxlanılıb.

Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
Mövzular:
DİN saxlanılan oğurluq

Digər Xəbərlər