Reklam resmi
Reklam resmi

Venesuelada zəlzələlərdən sonra yoluxucu xəstəliklər yayılacaq: XƏBƏRDARLIQ

Venesuelada zəlzələlərdən sonra yoluxucu xəstəliklər yayılacaq: XƏBƏRDARLIQ
Dünya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Venesuelada baş vermiş zəlzələlərdən sonra yoluxucu xəstəliklərin yayılması riskinin kəskin artdığı barədə xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki rəsmi nümayəndəsi Kristian Lindmeyer bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 38 tibb müəssisəsi zədələnib. Onlardan bəziləri fəaliyyətini tamamilə dayandırıb, digərləri isə həddindən artıq yükləndiyi üçün səhiyyə sistemi ciddi təzyiq altında fəaliyyət göstərir.

ÜST nümayəndəsi bildirib ki, hazırkı şəraitdə qızılca, difteriya, göyöskürək və sarı qızdırma kimi yoluxucu xəstəliklərin yayılması riski əhəmiyyətli dərəcədə artıb. Su təchizatı və sanitariya sistemlərinə dəyən ziyan, xüsusilə müvəqqəti sığınacaqlarda yaşayan insanların vəziyyətini ağırlaşdırıb. Bu səbəbdən həmin ərazilərdə malyariya, denqe qızdırması, çikunqunya və Zika virusuna yoluxma ehtimalı da yüksəlib.

Bundan əlavə, vəziyyəti zəlzələdən əvvəl də müşahidə olunan aşağı peyvəndlənmə səviyyəsi və hazırda yaranmış vaksin çatışmazlığı daha da çətinləşdirir.

ÜST həmçinin ölkədə tibb işçilərinin ciddi çatışmazlığı olduğunu vurğulayıb. Bildirilir ki, La Guaira ştatında cəmi bir neçə həkim və yalnız bir mama-ginekoloq fəaliyyət göstərir ki, bu da bölgədə ana və uşaq sağlamlığı xidmətlərinin göstərilməsini ciddi şəkildə məhdudlaşdırır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ümumdünya Səhiyyə Təşkilatı Kristian Lindmeyer

Digər Xəbərlər