Paşinyan İrana GEDƏCƏK
Ermənistanın baş naziri Nikol Paşinyanın İranın mərhum ali lideri Əli Xameneyinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edəcəyi bildirilir.
Ajans.az xəbər verir ki, İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan “Gənc Reportyorlar Klubu”na müsahibəsində açıqlama verib.
Şahverdyanın sözlərinə görə, Paşinyan daha əvvəl İranın vitse-prezidenti, Plan və Büdcə Təşkilatının rəhbəri Həmid Purməhəmmədi ilə görüşündə Əli Xameneyinin və digər həlak olan şəxslərin ölümü ilə bağlı başsağlığı verib. Erməni deputat bildirib ki, Ermənistanın baş naziri həlak olanlara və İran xalqına ehtiram əlaməti olaraq, hər hansı fövqəladə hal baş verməyəcəyi təqdirdə dəfn mərasiminə qatılacaq. Şahverdyan əlavə edib ki, mərasimi işıqlandırmaq üçün Ermənistandan media nümayəndələri, mədəni və ictimai xadimlər, iranşünaslar və fars dili üzrə mütəxəssislər də İrana səfər edəcəklər.
Mövzular: