Livan İsraillə sərhəd boyunca ordusunu yerləşdirəcək
Livan öz hərbi qulluqçularını İsraillə sərhəddə yerləşdirmək niyyətində qətidir.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperi Beyrutda qəbul edən Livan Prezidenti general Cozef Aun bildirib.
"Livan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədin bütün uzunluğu boyu yerləşdiriləcək və İsrail buna mane olmamalıdır", - o qeyd edib.
Mövzular: