Ərdoğan və Berdiməhəmmədov ikitərəfli əlaqələri müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb.
Ajans.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Söhbət zamanı Türkiyə-Türkmənistan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Türkmənistan arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün zəruri addımların atılacağını bildirib.
Mövzular: