Reklam resmi
Reklam resmi

Odessa Putinin növbəti hədəfidir?

Odessa Putinin növbəti hədəfidir?
Dünya

İrlandiyalı analitik və iqtisadçı Filip Pilkington Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarını şərh edərək, onun sözlərində Odessaya nəzarətin ələ keçirilməsi ilə bağlı mesaj gördüyünü bildirib.

Ajans.az xəbər verir ki, analitik bu fikrini sosial şəbəkədə paylaşaraq, Putinin Donbas və Novorossiyanın "azad edilməsi" ilə bağlı bəyanatlarının Odessaya da işarə edə biləcəyini iddia edib.

"Görünür, Putin Odessanı və bütün sahil xəttini ələ keçirməyi nəzərdə tutduğunu deyib", – deyə Pilkington qeyd edib.

Qeyd edək ki, bu, analitikin şəxsi qiymətləndirməsidir. Rusiya rəsmiləri Odessaya nəzarətin ələ keçirilməsi ilə bağlı rəsmi bəyanat verməyiblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna Odessa Vladimir Putin

Digər Xəbərlər