"Nəticələr bizi ruhlandırır" - Dövlət başçısı

Siyasət
02-04-2025 - 12:09
"Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək".
Ajans.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral ayların da bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.