Şabranda tövlə  yandı

Şabranda tövlə 
Hadisə 05-04-2025 - 23:24

Şabran rayonunun Sinacanboyad kəndində ümumi sahəsi 72 m² olan tövlənin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 60 m² olan tikilinin içərisində yığılan 3 ton ot bağlaması yanıb.

Ajans.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ: