İŞİD və Talibanı ABŞ maliyyələşdirirmiş - ŞOK İDDİA
Ağ Evin saytında USAİD-in (Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) mülki xarici yardım və inkişaf yardımını idarə etmək üçün məsuliyyət daşıyan ABŞ federal hökumətinin müstəqil agentliyidir. – red) büdcəni hansı sahələrə xərcləməsi ilə bağlı siyahı dərc edilib.
Ajans.az xəbər verir ki, sözügedən siyahıya jurnalist Vüsal Məmmədov diqqət çəkib.
O, öz paylaşımında “Ağ Evin saytında dərc olunan siyahıda USAİD-in bir sıra "mənasız" xərcləri göstərilir. Onarın arasında Suriyadakı İŞİD döyüşçülərinə verilən ərzaq paylarının və Əfqanıstanda narkotik becərilməsi üçün lazım olan infrastrukturun, ləvazimatın maliyyələşdirilməsi də var. Bu, açıq şəkildə o deməkdir ki, İŞİD də, "Taliban" da ABŞ-nin layihəsi olub. Öz layihələrinə öz təsisatları vasitəsilə bu şəkildə pul ayırıblar” ifadələrini işlədib.
V. Məmmədovun qeyd etdiyindən əlavə, siyahıda “LGBT”, “Transgender” fəaliyyətləri və s. sahələrə də vəsait ayrılması da nəzərlərdən yayınmayıb.