NATO Rusiyanı alyansa qarşı müharibə aparmaqda ittiham etdi

NATO Rusiyanı alyansa qarşı müharibə aparmaqda
Rutte
Siyasət 14-12-2024 - 17:14

NATO-nun baş katibi Mark Rutte Rusiyanı alyansa qarşı müharibə aparmaqda ittiham edib.

Ajans.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri “Telegram”da məlumat yayıb.

Portalın məlumatına görə, Rutte iddia edir ki, Moskva artıq Şimali Atlantika Alyansı ilə gizli deyil, açıq qarşıdurma aparır. Rutte bu barədə Brüsseldə təhlükəsizlik ekspertlərinə açıqlama verib.

NATO rəhbərinin sözlərinə görə, Rusiyanın alyans obyektlərində kiberhücumlarda, hakerlik və təxribatlarda, habelə Avropa İttifaqının sərhədlərində vəziyyəti sabitsizləşdirməkdə və seçkilərə müdaxilədə iştirak etdiyi iddia edilir.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun hərbi bazalarına hücumlara icazə verib. “Münaqişə eskalasiya ssenarisi üzrə inkişaf edərsə, heç nəyi istisna etmək mümkün deyil”, - o deyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: