Rusiya təşkilatı ABŞ Ədliyyə Nazirliyinə qarşı iddia QALDIRDI
Muxtar qeyri-kommersiya təşkilatı (ANO) “Dialoq” ABŞ Ədliyyə Departamentinə qarşı Pensilvaniya Rayon Məhkəməsində iddia qaldırıb.
Ajans.az xəbər verir ki, buna səbəb FTB- nin ittihamları, həmçinin şirkətin domenlərinin ələ keçirilməsi olub.
İddia agentliyə dekabrın 26-da daxil olub və iş üzrə cavabdehlər ABŞ və ABŞ Ədliyyə Nazirliyidir.
“Bu iddia ilə biz eyni Amerika məhkəməsinin əvvəllər Dialoqla əlaqəli domenlərin sentyabr ayında ilkin müsadirə qərarı vermək üçün kifayət hesab etdiyi sübut bazasına etiraz edirik. FTB-nin 158 bənddən ibarət bəyanatının yalnız üç bəndində bizim adımız çəkilir və sənədlərin saxtalaşdırılması, çirkli pulların yuyulması və ya saxta xəbərlərin yaradılması ilə bağlı heç bir sübut yoxdur”, - Dialoqun baş direktoru Vladimir Tabak bildirib.
Bundan əvvəl FTB “Dialoq” qeyri-kommersiya təşkilatını ABŞ seçkilərinin keçirilməsinə müdaxilə etməkdə ittiham edib. Bununla bağlı quruma və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq edilib, domen adları müsadirə edilib.
Eyni zamanda ANO “Dialoq Regionları” Beynəlxalq Fakt Yoxlama Assosiasiyasının qeydiyyatı üçün ərizə təqdim edib. Bu assosiasiyanın yaradılması zərurəti noyabrın 22-də Moskvada keçirilən “Saxtalar üzrə dialoq 2.0” forumunda müzakirə olunub.