Naxçıvanla quru yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

Naxçıvanla quru yolu ilə bağlı
Qaluzin
Siyasət 13-12-2024 - 13:02
 660

Naxçıvanla dəmir yolu əlaqəsinin necə bərpa olunacağına dair ümumi anlaşma əldə olunub.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Deməliyəm ki, biz (yəni Rusiya - red) erməni və azərbaycanlı tərəfdaşlarımızla nizamlanmanın bir çox istiqamətlərində artıq ciddi nəticələr əldə etmişik. Mən regional nəqliyyat kommunikasiyalarının, ilk növbədə, dəmiryolunun blokdan çıxarılmasından danışmaq istərdim. Üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu dəmir yolu əlaqəsinin necə bərpa ediləcəyi ilə bağlı ümumi anlaşma əldə edilib”, - Qaluzin müsahibəsində deyib. 

O, xüsusilə qeyd edib ki, söhbət Ermənistanın Sünik vilayətindən keçən Naxçıvan yolundan gedir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: