AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirdi - Fotolar/Video

Cəmiyyət
05-04-2025 - 22:36
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib.
Ajans.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü keçirilib.
Bakı-Xızı-Şamaxı marşrutu üzrə yürüş səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.
Yürüşdə Azərbaycan Avtomobil Federasiyasınün üzvləri ilə yanaşı, bu sahəyə maraq göstərən şəxslər, o cümlədən bir sıra məşhurlar da iştirak edib.