Şimali Koreya ABŞ və Cənubi Koreyanı HƏDƏLƏDİ: Bədəl ödəyəcəksiniz!

“Düşmənlərimiz suveren bir dövləti özünü müdafiə etmək üçün ən sərt tədbirləri görməyə məcbur edən ağılsız və ehtiyatsız müharibə təlimlərinin dəhşətli bədəlini ödəyəcəklər”.
Ajans.az xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn deyib.
Şimali Koreya Koreya yarımadası və ətraf ərazilərdə gərginliyi artıracaq bəyanatla çıxış edib. Şimali Koreyanın rəsmi mətbuatı tərəfindən yayımlanan açıqlamada, ABŞ və Cənubi Koreyanın gələn həftədən etibarən birgə Azadlıq Qalxanı Təliminə başlayacağı xatırladılıb və “Bu təlim ölkəmizə qarşı tam miqyaslı müharibəni simulyasiya edəcək” ifadələri işlədilib.
Şimali Koreyanın düşmənlərinin “illik” və “müdafiə məqsədli” olduğunu iddia etdiyi təlimlərin regional gərginliyi artırdığı iddia edilən açıqlamada, “Dünyanın Koreya yarımadasında mart ayının necə keçəcəyini misli görünməmiş narahatlıq və təşvişlə izləməsi təəccüblü deyil”, - bildirilib.
ABŞ və Cənubi Koreyanın “Azadlıq Qalxanı” təlimindən əvvəl ortaq hərbi fəaliyyətlərini davam etdirdikləri vurğulanan bəyanatda ABŞ-nin nüvə sualtı gəmisi USS Carl Vinsonun Cənubi Koreyaya gəlməsi və ABŞ və Cənubi Koreya ordularının birgə canlı atəş təlimi tənqid edilib.
ABŞ ordusundan verilən açıqlamada 10-21 mart 2025-ci il tarixləri arasında Cənubi Koreya ilə birgə Azadlıq Qalxanı Təliminin keçiriləcəyi açıqlanıb. Təlimin Vaşinqton-Seul alyansının hərbi müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıdığı vurğulanıb.