Tramp inauqurasiyadan sonra sərt qanunvericilik tədbirlərini AÇIQLAYACAQ

Tramp inauqurasiyadan sonra sərt qanunvericilik tədbirlərini
Tramp
Siyasət 17-01-2025 - 16:45

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası andiçmə mərasimindən dərhal sonra qüvvəyə minə biləcək “sərt immiqrasiya paketi”ni yekunlaşdırır.

Ajans.az xəbər verir ki, Amerika lideri öz hakimiyyətinə “immiqrantlara qarşı repressiyaların” başlanğıcını qoya biləcək yeni fərmanların tətbiqi ilə bağlı şok xəbərlərlə başlaya bilər. Bu barədə CNN məqalə dərc edib.

Xatırladaq ki, Tramp Ağ Evə gəldikdən sonra qeyri-qanuni miqrantların deportasiyası üçün ən böyük əməliyyatı həyata keçirə biləcəyini dəfələrlə bəyan edib. Daha əvvəl xəbər verildiyi kimi, siyasətçi ilkin olaraq 1 milyondan çox qanunsuz miqrantı ölkədən çıxarmağı planlaşdırır.

Bundan əlavə, o, xarici siyasətə yanaşmasını dəyişmək niyyətindədir. Belə ki, o, Ukraynadakı münaqişəyə son qoymaq üçün əlindən gələni edəcəyini bəyan edib. Düzdür, seçki nitqində Tramp bunu 24 saat ərzində edə biləcəyini iddia edib, lakin sonradan sözlərindən geri çəkilib və andiçmə mərasimindən qısa müddət sonra münaqişənin həlli məsələsini müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını söyləyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: