Netanyahu məhkəmədən QAÇDI

Netanyahu məhkəmədən
Netanyahu
Dünya 18-02-2025 - 11:24

İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiya məhkəməsi davam edir.

Ajans.az xəbər verir ki, bununla belə, sionist lider müxtəlif əsaslandırmalar irəli sürərək məhkəmə prosesini gecikdirməyə çalışır. 

Bu yaxınlarda məlum olub ki, o, “təhlükəsizlik” səbəbini əsas gətirərək ifadə vermək üçün məhkəməyə getməyəcək. İsrailin “Yediot Aharonot” qəzetinin yazdığına görə, ona qarşı korrupsiya işində ifadə verməli olan İsrailin baş naziri Benyamin Netanyahu “təhlükəsizlik səbəbilə” dinləmələrdə iştirak etməyəcək.

Həmçinin, Netanyahunun hakimlərdən “vəzifə və təhlükəsizlik səbəbi ilə” üç günlük ifadə həftəsinin iki günə endirilməsinə razılıq vermələrini xahiş etdiyi, lakin bunun nəticəsi barədə məlumat olmadığı qeyd edilib.

Netanyahu 10 dekabr 2024-cü ildə başlayacaq məhkəmə dinləmələri çərçivəsində həftədə üç dəfə müdafiə çıxışı etməli idi. Bununla belə, Netanyahu əməliyyat keçirtmək, Suriyanın işğal olunmuş ərazisi olan Hermon dağına getmək və ABŞ-yə səfər kimi müxtəlif səbəblərdən bir çox əvvəlki dinləmələrə qatılmamışdı.

2019-cu il noyabrın 21-də İsrailin baş prokuroru Avichai Mandelblit Netanyahuya qarşı "rüşvətxorluq, etibara xəyanət və şəxsi məqsədlər üçün vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham edərək ona qarşı üç ayrı korrupsiya işinin açılmasını istəyib.

Vəzifədə olarkən mühakimə olunan ilk İsrail baş naziri kimi tarixə düşən Netanyahunun ilk məhkəməsi 24 may 2020-ci ildə Qüds Rayon Məhkəməsində keçirilib. Netanyahu “1000”, “2000” və “4000” faylları kimi tanınan üç ayrı korrupsiya işi üzrə rüşvət, fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə olunur.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: