Nazirin vəzifədən azad etdiyi şəxs Siyavuş Novruzovun qardaşı oğlu imiş - FOTO

Nazirin vəzifədən azad etdiyi şəxs Siyavuş Novruzovun qardaşı oğlu imiş -
Siyavuş Novruov
Gündəm 05-11-2024 - 17:39
 514

Xəbər verdiyimiz kimi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov vəzifəsindən azad olunub. 

Ajans.az-ın əldə etdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmri imzalayıb.

Qeyd edək ki, Nəcəf Novruzov bu vəzifəyə ötən il təyin olunmuşdu. O, daha əvvəl Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl bu idarədə yoxlama aparılıb. Başqa detallar bilinmir.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: