Nazir onu vəzifəsindən azad etdi
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov vəzifəsindən azad olunub.
Ajans.az-ın əldə etdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmri imzalayıb.
Qeyd edək ki, Nəcəf Novruzov bu vəzifəyə ötən il təyin olunmuşdu. O, daha əvvəl Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.