Moskvadakı terror aktını törədənlərə vəd edilən məbləğ MƏLUM OLDU
Moskva vilayətində terror aktına cəhd etdikləri üçün saxlanılan hücumçulara ən azı bir milyon rubl ödəyəcəkləri vəd edilib.
Ajans.az xəbər verir ki, məbləği rus mətbuatına Rusiya İstintaq Komitəsinin (İK) region üzrə baş idarəsi rəisinin böyük köməkçisi Olqa Vradiy açıqlayıb.
İstintaq Komitəsinin məlumatına görə, hücumçular Perm diyarı, Moskva və Sverdlovsk vilayətlərinin sakinləri arasından messencer vasitəsilə tapılıb. Onlar hərbi-sənaye kompleksi müəssisəsinin rəhbərlərindən birinin maşınının altına kustar üsulla hazırlanmış partlayıcı yerləşdirməli idilər və o, hərəkət etdikcə partlayacaqdı.
Yeddi təcavüzkar cinayət başında yaxalanıb. Onların hamısı artıq ittiham olunub. Onlardan üçü azyaşlı olub.
Rus mətbuatının hüquq-mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, terror aktını Ukrayna xüsusi xidmət orqanları planlaşdırıb.