Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək

Gündəm
14-02-2025 - 16:24
Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək.
Ajans.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayacaq.
Qeyd edək ki, bu il Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur.
Mövzular:
Oxşar xəbərlər
Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım etdi
Gündəm17:11 / 19-01-25