Milli Məclisin yeni qanun LAYİHƏSİ: Rüsumlar qaldırılacaq, yoxsa...? - AÇIQLAMA

Milli Məclisin yeni qanun LAYİHƏSİ:
İqtisadiyyat 05-10-2024 - 13:56
 173

Xəbər verdiyimiz kimi, Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 8-də keçiriləcək. İclasın gündəliyinə əlavə edilən 27 məsələdən biri də Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsidir.

Bəs, bu layihə vətəndaşlara necə təsir edəcək? Dövlət rüsumlarında artım gözlənilirmi?

Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, birmənalı olaraq nəsə demək hələki tezdir:

“Ən azından detallarla tanış olmaq lazımdır. Amma təcrübə onu göstərir ki, dövlət rüsumlarında, o cümlədən də digər istiqamətlərdə olan qanunverici aktlarda dəyişikliklərin olması zamanın tələbidir. Həm rüsumların məbləğinin, eyni zamanda orada olan şərtlərin dəyişməsi bu günki vəziyyətlə uyğunlaşdırılır. Ehtiyac yarandığı təqdirdə bu məsələlər müvafiq qurumlara təqdim edilir, daha sonra da qəbul edilir”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: