Maskın dizaynları plagiatdır: Bu filmdən OĞURLADI! - FOTO
İlon Mask plagiat dizaynlar verməkdə ittiham olunur.
Ajans.az xəbər verir ki, Hollivud rejissoru İlon Maskı öz dizaynlarını sürücüsüz taksi və insanabənzər robotların yer aldığı filmdən köçürməkdə ittiham edib. 2004-cü ildə Uill Smitin baş rolda olduğu “I, Robot” elmi fantastika filminin rejissoru olan Aleks Proyas sosial media hesabında yazdığı postda Maskın yeni məhsullarının onun yaradıcılığını təqlid etdiyini irəli sürüb.
Filmin yaradıcısı Maskın Tesla Optimus robotu, iki nəfərlik “Cybercab” və “robovan” üçün konsept şəkli ilə birlikdə filmdən bir sıra kadrları yerləşdirib.
Hətta Proyas postun altına rişxənd dolu cümlələr də yazıb:
"Hey, Elon, zəhmət olmasa dizaynlarımı geri ala bilərəm?"