Makron təcili iclas ÇAĞIRDI - SƏBƏB

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin həlli üzrə danışıqlara mümkün iştirakı müzakirə etmək üçün Avropa İttifaqı (Aİ) liderlərini fövqəladə toplantıya çağırıb.
Ajans.az xəbər verir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb.
“Liderlər bazar ertəsi Parisdə görüşəcəklər, çünki onlar Ukraynanın gələcəyini və Avropanın təhlükəsizlik mənzərəsini müəyyən edə biləcək və onsuz da artıq sürətlə davam edən danışıqlarda rol almağa çalışırlar. ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı onların maraqlarının arxa plana keçəcəyi ilə bağlı avropalıların qorxularını artırıb”, - nəşr yazır.
İclasda Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri, Aİ-nin yüksək səviyyəli rəsmiləri, həmçinin NATO-nun baş katibi Mark Rutte iştirak edəcək. Onların Ukraynaya dəstək planları, o cümlədən təhlükəsizlik təminatları və Avropa qoşunlarının mümkün yerləşdirilməsi ilə bağlı konsensusa nail olmağa çalışdıqları bildirilir. Bundan əlavə, onlar “danışıq rıçaqlarının gücləndirilməsi” məsələsini qaldıracaqlar.