Lavrov onunla da görüşdü

Xarici işlər naziri Sergey Lavrov və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani çərşənbə günü, fevralın 26-da Dohada görüşəcəklər.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Sergey Lavrovu qəbul edib", - nazirliyin Telegram kanalında deyilir.
Xatırladaq ki, Lavrov və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani 2024-cü ilin dekabrında Qətərin paytaxtında Doha Forumu çərçivəsində görüşmüşdülər. Ərəb dövlətinin mətbuat xidmətinin məlumatına görə, siyasətçilər iki dövlət üçün qarşılıqlı maraq doğuran bir sıra mövzuları müzakirə ediblər.