Köçəryanla Sarkisyan “didişir” - Paşinyan onları lağa qoydu

Ermənistanın ikinci prezidenti Robert Köçəryanla üçüncü prezident Serj Sarkisyan arasında intriqa artıb.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinin məlumatlarında qeyd edilir.
Son həftələrdə eks-prezidentlərin komandalarının nümayəndələri bir-birinin ünvanına müxtəlif təhqirlər və Nikol Paşinyanın iqtidara gəlməsinə görə ittihamlar səsləndirirlər.
Yerli KİV-lər qeyd edirlər ki, Köçəryanla Sarkisyan arasına münasibətlər o dərəcədə pisləşib ki, onların Paşinyana qarşı birləşə biləcəkləri mümkün görünmür.
Müxalifət liderlərinin intriqasının isə hakimiyyətdə olan Nikol Paşinyanın işinə yaradığı bildirilir.
Baş nazir Nikol Paşinyan sosial şəbəkədəki bugünkü paylaşımında bir-birini ittiham edən eks-prezidentləri lağa qoyub.
"Məni hakimiyyətə kimin gətirdiyinə görə mübahisə edən, bir-birindən həqiqəti deməyi tələb edən iki yarımölü", -deyə o bildirib.
Paşinyan Köçəryanla Sarkisyanı "seçki saxtakarları" adlandırıb.