Kiyev merinin müavini həbs olundu
Kiyev meri Vitali Kliçkonun müavini Petro Oleniç Kiyevdə həbs edilib.
Ajans.az xəbər verir ki, bu haqda Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu məlumat yayıb.
Məlumata görə, o, torpaq mənimsəmə ittihamı ilə iki ay müddətinə girov müqabilində həbs edilib.
Prokurorluğun məlumatına görə, onun həbsi barədə qərarı Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Məhkəmə qəbul edib.
Qeyd edilib ki, məhkəmə mer müavininə 15 milyon qrivna (təxminən 361,6 min dollar) məbləğində girov qoyulmasına icazə verib.
Kliçko isə bildirib ki, Zelenskinin ofisi ona qarşı mübarizə aparır. Bununla yanaşı, mer Ukrayna paytaxtında hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərin artdığını açıqlayıb.