Keçmiş məhkumlar narkotiklə tutuldu

Kriminal
15-03-2025 - 12:49
Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən Ajans.az-a bildirilib ki, daxil olan məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuşlar – 47 yaşlı R.Ağayev və 46 yaşlı R.Abdulov saxlanılıblar.
Onların üzərindən, həmçinin yaşadıqları evlərə baxış zamanı 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.