Almaniyada tanınmış həkim DƏHŞƏT SAÇDI - 8 nəfəri öldürdü
Berlində İohannes adlı həkim cinayətləri ört-basdır etmək üçün səkkiz xəstəni öldürüb, sonra isə yandırıb.
Ajans.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat verib.
Hazırda həbsdə olan həkim 2024-cü il avqustun 6-da həbs olunduğu gün yalnız dörd cinayət törətdiyini etiraf edib. Amma sonra yeni qurbanlar üzə çıxıb. Həkim 2024-cü il iyunun 11-dən iyulun 24-dək olan müddətdə bütün xəstələrini öldürdüyünü vurğulayıb.
İstintaqın yeni nəticələrinə əsasən, prokurorluq həkimin adam öldürmə deyil, soyuqqanlı qətl törətdiyini irəli sürür. Çünki təqsirləndirilən şəxsin insanları öldürməkdən başqa bir məqsədi olmayıb.
Ölən digər xəstələrin tibbi sənədlərinin və məhkəmə-tibbi ekspertizalarının təhlili müstəntiqləri palliativ yardım həkimi tərəfindən törədilmiş növbəti qətllərdən şübhələnməyə məcbur edib. Bu məqsədlə iki meyit qazılıb.
BILD-in məlumatına görə, palliativ tibb üzrə mütəxəssis Yohannes M. onlarla xəstəni müalicə edib. Frankfurt-Mayndə anadan olan həkim son vaxtlar Berlin-Tempelhofdakı xərçəng mərkəzində, Neuköllndəki hospis xidmətində və Kreuzbergdəki palliativ yardım sahəsində çalışıb.