Əvvəl özünü, sonra da 14 yaşlı uşağı güllələdi - ŞOK SƏBƏB/FOTO

Əvvəl özünü, sonra da 14 yaşlı uşağı güllələdi -
Türkiyə
Kriminal 02-12-2024 - 11:40

İstanbulun Esenyurt bölgəsində uşağa təcavüz etdiyi iddiası ilə evinə basqın edilən 22 yaşlı şübhəli polis əməkdaşını güllələyib və yaralayıb.

Ajans.az xəbər verir ki, evdə keçirilən əməliyyat zamanı şübhəlinin əvvəlcə 14 yaşlı uşağın başından, sonra isə öz başından atəş açaraq həm özünü, həm də uşağı ağır yaraladığı öyrənilib.

Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu öyrənilib. Əldə edilən məlumata görə, iki uşağı maşınına mindirərək qaçıran B.C. YKO adlı şübhəli Esenyurt istiqamətində gedərkən YKO adlı oğlan fürsətdən istifadə edərək maşını saxlayaraq qaçıb. Uşaq polis bölməsinə gedərək vəziyyəti polis qruplarına xəbər verib.

İddia üzərinə asayiş qrupları şübhəlinin evinin yerini müəyyən edib və evə basqın edib. Basqın zamanı şübhəli bilinən M.Ö. (22) polisə atəş açıb. Atəş nəticəsində ictimai asayiş şöbəsində vəzifə yerinə yetirən polis məmuru NY qarın nahiyəsindən yaralanıb. Polis məmuru yaralandıqdan sonra hadisə yerinə çoxlu sayda polis xüsusi əməliyyatı, çevik qüvvət polisi və ictimai asayiş qrupları sövq edilib. O, qaçırılan uşağı və öz başından güllələyib.

Bölgədə geniş təhlükəsizlik tədbirləri alan qruplar şübhəlinin olduğu evdə əməliyyat keçirib. Xəstəxanaya aparılan polis məmuru NY, İ.SY adlı uşaq və şübhəli MÖ-nün ağır yaralandığı və hər üçünün həyati təhlükəsinin olduğu öyrənilib.

Şübhəli şəxsin qeydləri araşdırılarkən onun psixi və nevroloji xəstəliklər xəstəxanasında qeydinin olduğu müəyyən edilib və ünvanda aparılan axtarış zamanı 1 ədəd sənədsiz tüfəng və 1 ədəd boş tapança götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: