Mərcə görə dostunu ÖLDÜRDÜ: Meyiti ilə 1 sutka maşında GƏZDİ - DƏHŞƏT

Bu yaxınlarda bir çox ailələri parçalayan mərc indi də can alıb.
Ajans.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Kocaelinin Gebze rayonunda Murat Yüzakın qətli ilə əlaqədar həbs edilən şübhəli ifadəsində mərcdən qazanılan pulu bölüşə bilmədiklərinə görə Yüzakla mübahisə etdiyini və bu mübahisə zamanı dostunu boğaraq öldürdüyünü etiraf edib. Şübhəlinin qətldən sonra 1,5 gün cəsədi maşında gəzdirdiyi də öyrənilib.
Fabrikdə işləyən 49 yaşlı Murat Yüzak fevralın 5-də evdən çıxıb, lakin geri qayıtmayıb. Yüzak'a çata bilməyən ailəsi onun itdiyini bildirib və fotoşəkillərini itkin kimi göndərib. İstintaqda Murat Yüzakın son danışdığı şəxslər araşdırılıb. Əldə edilən tapıntılar istiqamətində RG və MA saxlanılıb. Yuzakın meyiti meşəlik ərazidə gizlədilmiş vəziyyətdə tapılıb.
RG ifadəsində Murat Yüzakla mərc etdiklərini və Yüzakın qazandıqları pulu onunla bölüşmədiyini bildirib. Bu səbəbdən mübahisə etdiklərini deyən R.G. Yüzakı boğaraq öldürdüyünü etiraf edib. RG onu da bildirib ki, qətldən sonra 1,5 gün maşında Yuzakın cəsədi ilə birlikdə gəzib, sonra isə meyiti meşəlik ərazidə qoyub kol-kosla örtüb.