Qanuni oğru "Şakro Molodoy"un adamı həbs edildi

Qanuni oğru "Şakro Molodoy"un adamı
Şakro Molodoy
Kriminal 12-02-2025 - 14:01
 151

Yekaterinburqun Leninski Rayon Məhkəməsi cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda təqsirləndirilən kriminal rəhbəri Marsel Həsənovu həbs edib.

Ajans.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat verib. 

Müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Həsənov aprelin 9-dək istintaq təcridxanasına göndərilib.

O , 2024-cü ilin sentyabrında qanun oğru Zaxariy Kalaşovun (Şakro Molodoy) iştirakı ilə keçirilən iclasda Sverdlovsk vilayətinə “nəzarətçi” təyin edilib.

Üç dəfə məhkum olunmuş, kriminal aləmdə Marsel Mahaçqala kimi tanınan Həsənov təhlükəsizlik qüvvələrinin diqqət mərkəzinə düşüb. Onun evində axtarış aparılıb, daha sonra məhkəməyə aparılıb. İndi kriminal iyerarxiyada yüksək vəzifə tutduqları üçün yeni cinayət işinin başlanması təhlükəsi Şakro Molodoyun da özündən asılır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: