İsrail ƏMR VERDİ: 400 min ƏSGƏR...

İsrail ƏMR VERDİ:
İsrail
Dünya 03-03-2025 - 10:59
 232

Atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra Qəzza zolağına humanitar yardım axınını dayandıran İsrail indi də qırğın hərəkətinə keçib.

Ajans.az xəbər verir ki, hökumət İsrail ordusuna mayın 29-dək ehtiyatda olan 400 min əsgəri çağırmağa icazə verən qərarı təsdiqləyib.

Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra Qəzzaya yenidən hücuma işarə edən İsrail hökuməti, İsrail ordusuna mayın 29-dək 400 min ehtiyat əsgəri çağırmaq səlahiyyəti verən qərarı təsdiqləyib.

İsrailin Kanal 12 televiziyası qərarın mətnini paylaşaraq, "Hökumət bu səhər 400 min daha ehtiyat əsgərin orduya çağırılmasını təsdiqləyib" deyib.

İsrail ordusuna lazım gəldikdə 2025-ci il mayın 29-na qədər ehtiyatda olan 400 min əsgər çağırmaq səlahiyyəti verən qərar, İsrail ordusunun 320 min ehtiyat əsgəri çağırmaq üçün verdiyi əvvəlki icazənin bu gün başa çatmasından sonra verilib.

Kanal 14 televiziyasının məlumatına görə, Qəzzaya hücum ehtimalına görə bu qərarı verən İsrail hökuməti ehtiyatda olan 400 min əsgərin səfərbər edilməsinə çağıra biləcək. Hesabatda hökumətin 2025-ci ilin 2024-cü ilə bənzər bir müharibə ili olacağını və hətta müvəqqəti atəşkəslə belə müxtəlif bölgələrdə qeyri-sabitliyin olacağı qeyd edilib. Bildirilib ki, qərarın təsdiq edilməsi barədə tövsiyə verilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: