İş ərizəsinə cavab 48 ildən sonra gəldi
İngiltərədə yaşayan 70 yaşlı Tizi Hodson 48 ildən sonra motosiklet akrobatı olaraq xəyal etdiyi iş müraciətinin nəticəsini öyrənib.
Ajans.az-ın BBC-yə istinadən məlumatına görə, Hodsonun 1976-cı ilin yanvarında göndərdiyi iş ərizəsi məktubunun bütün bu illər ərzində poçt şöbəsində qaldığı məlum olub.
Göndərdiyi ünvana çatmayan məktub 48 il sonra yenidən Hodsona çatdırılıb. Belə ki, ərizənin aqibətini öyrənən Hodson, "Həmişə maraqlanırdım ki, niyə iş haqqında heç bir məlumat gəlmədi ", - deyirdim.