İran İsrailin hücumuna cavab verməkdən imtina etdi

İran İsrailin hücumuna cavab verməkdən imtina etdi
İran və İsrail
Gündəm 26-10-2024 - 16:56

İran İsrailin bu gün - oktyabrın 26-na keçən gecə başlatdığı hücuma cavab verməyəcəyi barədə İsraili xəbərdar edib.

Ajans.az "Sky News Arabia" istinadən xəbər verir ki, telegram-da adı açıqlanmayan mənbələrdə telekanalın məlumatına görə, cavab zərbəsindən imtina Tehran tərəfindən vasitəçi ölkə vasitəsilə Təl-Əvivə göndərilib.

İran xarici vasitəçi vasitəsilə İsrailə zərbəyə cavab verməyəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrailin hücumu nəticəsində İran Silahlı Qüvvələrinin azı iki əməkdaşının öldürüldüyü daha əvvəl bildirilmişdi. Ölənlərdən birinin adının Hamze Cahandide olduğu qeyd edilib. O, İsrailin ölkənin cənubundakı Xuzistan əyalətinin Mahşəhr bölgəsinə endirdiyi zərbə nəticəsində öldürülüb.

İkinci mərhumun kimliyi ilə bağlı məlumat verilməyib.

PAYLAŞ: