İnsanlar daha kompüter almır? - HESABAT
Ajans.az xəbər verir ki, bu barədə Beynəlxalq Məlumat Korporasiyasının (IDC) hesabatında bildirilib. Üçüncü rübdə dünya bazarına 68,8 milyon ədəd cihaz çıxarılıb, bu da əvvəlki hesabat dövründəkindən bir qədər azdır. İkinci rübdə iqtisadi canlanma və şirkətlərin yeni avadanlıq alması zərurəti ilə əlaqədar satışlar artıb. Süni intellekt (AI) xidmətlərinin inkişafı da bazara müsbət təsir göstərəcək.
Fərdi kompüterlər bazarının lideri 24 faiz pay alan Çinin “Lenovo” korporasiyası olaraq qalıb. İkinci və üçüncü yerləri səhmləri müvafiq olaraq 19,7 və 14,3 faiz təşkil edən Amerikanın “HP” və “Dell” şirkətləri tutub. Ən çox itki “Apple” şirkətində olub, tədarüklər 24,2 faiz azalıb.