İngiltərə Rusiya sərhədinə hərbçi GÖNDƏRİR - TƏCİLİ
Britaniya ordusu Estoniya-Rusiya sərhədinə göndərilmək üçün 5 minə qədər əsgər hazırlaya bilər.
Ajans.az "İndependent"ə istinadən xəbər verir ki, hər iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri 2025-ci ilin iyulunda qüvvəyə minəcək əməkdaşlıq sazişi imzalamağı planlaşdırırlar.
Sənəd digər məsələlərlə yanaşı, NATO-nun şərq cinahını gücləndirmək üçün lazım gələrsə, Britaniya qoşunlarının Estoniyaya köçürülməsini nəzərdə tutur.
Nəşr yazır ki, minlərlə britaniyalı hərbçi Estoniya-Rusiya sərhədində yerləşdirilmək üçün hazır vəziyyətə gətiriləcək .