İndi başlamaq üçün 3 asan biznes ideyası - ANALİZ
Bir çox insan düşünür ki, minlərlə manat və ya dollar yatırım etmədən biznes qurmaq mümkün deyil. Lakin hal-hazırda təmin olunan resurslarla biznes xəyalları o qədər də uzaq deyil.
Ajans.az elə indi başlaya biləcəyiniz asan biznes ideyalarını təqdim edir. Birinci ən asan biznes "reseller business" adlanan satış strategiyasıdır. Belə ki, siz bu biznesdə heç bir yatırım etmək məcburiyyətində deyilsiniz. İstifadə etmədiyiniz və ya bəyənmədiyiniz geyimlər, aksesuarlar, alətlər və s. sataraq buna nail ola bilərsiniz. Həmçinin digər ikinci əl satıcılarından məhsulları alıb öz arzuladığınız qiymətlərlə satış etmə imkanınız da mövcuddur.
İkinci ideya "T-shirt printing" adlanır, bu cür biznesdə siz geyimlərin üzərinə müxtəlif cür formatda yazıları və ya şəkilləri çap edəcəksiniz. Hal-hazırda həm ölkəmizdə, həm də digər ölkələrdə çox məşhur və tələbatlı bir biznesdir. Əgər bu istiqamətdə satış etmək istəsəniz, sizə sadəcə parça üçün nəzərdə tutulan çap maşını lazım olacaq.
Üçüncü ideya isə onlayn müəllimlikdir. Qulağa nə qədər qəribə və tələbatsız sahə kimi səslənsə də, əslində elə deyil. Hal-hazırda bir çox gənc müxtəlif kurslara gedir və ya hansısa dili mükəmməl şəkildə öyrənir. Amma o sahədə iş tapa bilmədiyi üçün təəssüflənir. Lakin sizin öyrəndiyiniz bilikləri başqalarına öyrədərək də pul qazanma fürsətiniz var. Artıq yüz minlərlə insan bu cür pul qazanmağa başlayıb.
Qeyd edək ki, sıfırdan başlayanlar üçün yüzlərlə bu cür ideyalar mövcuddur. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə frilans olaraq kiçik bizneslər tapmaq mümkündür.