İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi

İmamoğlu prezidentliyə namizədlik
Gündəm 21-02-2025 - 23:02

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ölkə prezidentliyinə namizədlik üçün ərizə yazıb.

Ajans.az xəbər verir ki, bununla bağlı İmamoğlu X hesabında paylaşım edib.

“Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - İmamoğlu qeyd edib.

PAYLAŞ: